Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Ürəyin Koronar (Tac damar) xəstəliyi

Döş qəfəsində hiss edilən hər ağrı ürək ağrısı deyil!

Lakin ürək xəstəliklərinin də ən çox rast gəlinən əlaməti məhz ağrıdır. Ağrı fiziki aktivliklə olur və dincələndə keçirsə, koronar (tac damar) damarlarla bağlı olma ehtimalı çoxdur. Ağrının xarakteri göynəmə, yanma şəklindədir və sinədən başlayaraq sol qola, çənəyə yayılar.

Ürəyi qidalandıran damarların daralması nəticəsində yetəri qədər oksigen ala bilməyən ürək əzələsi bunu ağrı ilə biruzə verir. Bu ağrı Koronar arteriya xəstəliyinin ilkin əlamətidir.

Koronar arteriya xəstəlikləri koronar arteriyanın daxili səthinin zədələnməsi ilə başlanır və aterosklerozla (damar sərtləşməsi) sonlanır.

Damarlar zədələndikdən sonar piy dənəcikləri və digər hüceyrə metabolizmi məhsulları zədələnmiş hissədə toplanmağa başlayır və nəticədə damar tutulması və infarkt yaranır.