Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Ateroskleroz

Ürək-damar xəstəliklərinin əsas səbəbkarı damar sərtliyi olan Aterosklerozdur!

Günümüzdə geniş yayılmış və xroniki hal almış patologiya olan Ateroskleroz zamanı arteriyanın divarı qalınlaşır, elastikliyini itirir, nəticədə arteriyaların daxili qatında yağa oxşar tərkibli maddələrin (əsasən xolesterin) yığılması baş verir, damar divarı daralmağa başlayır və nəticədə ürək, beyin yaxud digər üzvlərin qanla təchiz olunması pisləşir. Bir sözlə orqanizmdə qan dövranı pozulur.

Ateroskleroz ÜİX, işemik insult, aşağı ətrafların obliterasiyaedici zədələnmələri, müsariqə damarlarının xroniki okklüziyasının və s. patologiyaların əsasını təşkil edə bilər.

Aterosklerozun risk faktorları:
  • siqaret çəkmək
  • şəkərli diabet
  • qeyri-düzgün qidalanma
  • böyük dozada alkoqol qəbulu
  • xroniki psixoemosional gərginlik
  • hiperlipidemiya (lipidin miqdarının normadan artıqlığı)