Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Uzman Ürək-damar cərrahı

Dr. Cabir GÜLMALIYEV

Cabir Məhərrəm oğlu GÜLMALIYEV 09 iyun 1987-ci ildə Naxçıvan MR Şahbuz rayon Əzizbəyov (indiki Daylaqlı) kəndində müəllim ailəsində anadan olub. 2004-cü ildə Naxçıvan şəhərində özəlliseyi fərqlənmə attestatı ilə bitirib və həmin il Türk Cumhuriyyətləri Sınavı (TCS) imtahanında iştirak edərək Türkiyə Respublikası İzmir şəhərindəki Egey Universiteti Tibb fakultəsinə qəbul olunub. 5 il tibb təhsili və 1 il Egey Universiteti Tibb Fakultəsi Xəstəxanasında internatura keçdikdən sonra magistr diplomu və “tibb doktoru” ünvanı ilə 2010-cu il iyul ayında məzun olmuşdur. Tibb təhsili müddətində Ürək-Damar Cərrahiyyəsinə xüsusi marağı olduğu üçün EgeyUniversiteti Tibb Fakultəsi Ürək-Damar Cərrahiyyəsi kafedrasında könüllü olaraq çalışmış, əməliyyatlarda iştirak etmişdir.

2010-cu il Dekabr ayında Türkiyə Respublikasında keçirilən Tibdə Uzmanlıq imtahanında iştirak edərək İstanbul Bakırköy Dr. Sadi Konuk Elmi-Tədqiqat Xəstəxanası Ürək-Damar Cərrahiyyəsi şöbəsində uzmanlıq (rezidentura) təhsili almaq üçün haqq qazanmışdır. Uzmanlıq (rezidentura) təhsili müddətində Türkiyə Respublikasında, həmçinin Tailand, İsveç və s. ölkələrdə keçirilən Ürək və Damar cərrahiyyəsi ilə bağlı müxtəlif beynəlxaq konfranslarda və təkmilləşmə kurslarında iştirak etmişdir.Həmçinin 2011-2016 illər rezidentura təhsili müddətində İstanbul şəhərində Acıbadem, Medicalpark və Kolan xəstəxana şəbəkələrində növbətçi ürək-damar cərrahı kimi fəaliyyət göstərmişdir.

Nəhayət 2016-cı ildə tibb təhsilini yekunlaşdıraraq tam təkmilləşmiş şəkildə ürək-damar cərrahiyyəsi mütəxəssisi olaraq vətənə qayıdır və vətən qarşısında borc bildiyi Hərbi xidmətə başlayır. Naxçıvan Hərbi hospitalda hərbi xidmət zamanı hərbi qulluqçuların damar xəstəliklərinin müalicəsi və cərrahi əməliyyatlar həyata keçirir. 2016-2018-ci illər hərbi xidmətlə yanaşı Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 300-dən çox açıq ürək əməliyyatı həyata keçirmişdir. Naxçıvan şəhərində tamamilə yerli kadrlardan ibarət ürək-damar cərrahiyyəsi komandası formalaşdırmış və Naxçıvan tarixində ilk dəfə başqa bölgələrdən dəstək olmadan yerli kadrlarla ürək əməliyyatları həyata keçirmişdir. Həmçinin Naxçıvanda ilk dəfə ciddi ağciyər çatışmazlığı olan bir xəstə süni ürək-ağciyər cihazı (venovenoz ECMO) dəstəyi ilə müalicə olunmuşdur. 2017-ci ildə Muxtar Respublikada səhiyyənin inkişafına verdiyi töhfələrə görə Naxçıvan MR Səhiyyə nazirliyi tərəfindən əməkdə xüsusi xidmət və nailiyyətlərə görə fəxri fərmanı ilə təltif olunmuşdur.

2018-ci ildə Bakı şəhərində yeni açılan Bona Dea International Hospital tərəfindən dəvət almış və həmin xəstəxanada Ürək-Damar Cərrahiyyəsinin şöbə müdiri olaraq fəaliyyətə başlamışdır. Xəstəxanada adı çəkilən şöbənin qurulması və açıq ürək əməliyyatlarının başlanmasının təşkilində aktiv rol almışdır. 2018-ci ilin sonunda həmin xəstəxanada Baş direktorun Tibb Məsələləri üzrə müavini, sonrasında isə Baş Direktorun Birinci Müavini təyin olunmuşdur. Hal-hazırda Bona Dea İnternational Hospitalda Baş Direktorun Birinci Müavini və baş həkimi vəzifəsində fəaliyyət göstərir.

Cabir GÜLMALIYEV Türkiyə Respublikasında və beynəlxalq elmi jurnallarda (SCI və SCİ-E) dərc olunmuş onlarla məqalənin müəllifidir.

15

Elmi Məqalə

22

Sertifikat

34

Konfrans
Fəaliyətin rəsmiləşdirilməsi

Sertifikatlar

Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Dr. Cabir GÜLMALIYEV
Müxtəlif elmi-tibbi tədbirlər

Elmi Konfranslar

Tarix Adı Status
11-13 Dekabr, 2015 "Minimal İnaviz Ürək cərrahiyyəsində cərrahi alət istifadəsi" İştirakçı
26-29 Oktaybr, 2013 "Endoskopik üsulla vena çıxarılması" Məruzəçi
10-11 May, 2014 "Robotik mitral qapaq təmiri" İştirakçı
2011 Multidisipliner Aterotromboz Toplantısı İştirakçı
11-13 Mart, 2011 Kardiyoloji-Kalp Damar Cerrahisi Zirvesi 1.Eğitim Akademisi İştirakçı
27-29 Senytabr, 2013 Türk Kalp ve Damar Cerrahisi 3. Okul Programı İştirakçı
8-11 Noyabr, 2012 Türk Kalp ve Damar Cerrahisi Derneği 12. Ulusal Kongresi İştirakçı
May, 2013 "Baku Heart Days" 3rd International Congress İştirakçı
21-23 Mart, 2014 3.Kalp Damar Cerrahisi Kardiyoloji Zirvesi ‘1.Tekno-Akademi’ İştirakçı
Oktyabr, 2013 14th Congress of Asian Society for Vascular Surgery İştirakçı
Oktyabr, 2013 16th Congress of Turkish Society for Vascular and Endovascular Surgery İştirakçı
Oktyabr, 2013 8th Asian Venous Forum İştirakçı
Oktyabr, 2013 7th Congress of Turkish Society for Phlebology İştirakçı
10-11 May, 2014 Minimal İnvaziv ve Robotik Kalp Damar Cerrahisi Sempozyumu İştirakçı
6-8 Aprel, 2014 Türk Kalp ve Damar Cerrahisi 4. Okul Programı İştirakçı
23-25 Sentyabr, 2014 ESVS Annual Meeting İştirakçı
May, 2015 "Baku Heart Days" 4th International Congress İştirakçı
Dekabr, 2015 Congress of Asian Society for Vascular Surgery İştirakçı
Oktyabr, 2015 17th Congress of Turkish Society for Vascular and Endovascular Surgery İştirakçı
Dekabr, 2015 Asian Venous Forum İştirakçı
11-13 Dekabr, 2015 Minimal İnvaziv ve Robotik Kalp Cerrahisi Sempozyumu İştirakçı
11-13 Dekabr, 2015 ISMICS winter workshop İştirakçı
May, 2017 "Baku Heart Days" 5th International Congress İştirakçı
Oktyabr, 2017 Azərbaycanlı Həkimlər və Tibb tələbələrinin 5.Türkiyə forumu İştirakçı
Oktyabr, 2017 Kardiyovasküler akademi Derneği və ATUKA birgə təşkilatçılığı ilə İnvaziv Akademiya İştirakçı
May, 2018 8th International Health Tourism Congress İştirakçı
26-29 Oktyabr, 2018 15ci Türk Kalp-Damar Cerrahi derneği kongresi İştirakçı
7-9 İyun “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Kongres və Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin 15-ci Konfransı İştirakçı