Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Qulaqcıqlararası çəpər qüsuru (ASD)

Anadangəlmə ürək anomaliyası olaraq bilinən Qulaqcıqlararası çəpər qüsuru (ASD) sağ və sol qulaqcıqlar arasında patoloji əlaqənin olması ilə xarakterizə edilir.

Daha sadə dildə ASD qulaqcıqlararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalmasına səbəb olan anadangəlmə ürək qüsurudur. Anadangəlmə ürək qüsurlarının orta hesabla 7%-ni təşkil edir (əsasən qadınlarda).

Əlamətlər :
  • ürəkdə küylər
  • «ürək donqarı»
  • təngnəfəslik
  • tez yorulma
  • ürəkdöyünmə
  • dərinin solğunluğu
  • fiziki inkişafın ləngiməsi
  • tez-tez təkrarlanan respirator xəstəliklər

Patologiya zamanı sağ və sol qulaqcıqları bir birindən ayıran arakəsmə açıq olur, yəni çəpərdə dəlik olur. Hansı ki, bu dəlik vasitəsilə ilə təmiz qan çirkli qana qarışır. Əgər defektdən keçən qan miqdarı müəyyən bir həddən çoxdursa defekt bağlanmalıdır. Əks halda bu, gələcəkdə ürək çatışmazlığı kimi fəsadlara səbəb ola bilər. Defektin quruluşu imkan verərsə, dəlik əməliyyatsız yolla, (trans kateter yolla) bağlanıla bilər.

Uzun illər döş sümüyü kəsilərək açıq ürək əməliyyatı yolu ilə müalicə olub, ASD günümüzdə minimal invaziv metodla qoltuqaltından 3-4 sm-lik kəsiklə cərrahi olaraq təmir edilir. Bu yolla müalicə edilən xəstələrdə döş sümüyü kəsilmədiyindən əməliyyat sonrası çox qısa müddətdə normal həyata dönüş olur.