Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Tromboflebit

Dərin venaların iltihabi xəstəliyi olan Tromboflebit damar boşluğunda trombun meydana gəlməsi ilə xarakterizə olunur və aşağı ətrafların varikoz genişlənmiş damarlarının ciddi bir fəsadı sayılır. Patologiya zamanı damarın divarı iltihablaşır və damarın mənfəzində tromb (qan laxtası) əmələ gəlir.

Əlamətlər :
  • hərəkət etməkdə çətinlik
  • tromblu damar boyunca kəskin travmatik ağrı
  • tromb olan ayaqda dəri cildində qırmızılıq və sıxlıq
  • bədənin hərarətinin artması (subfebril 37.5-38 dərəcələrə qədər)

Yaranma səbəbləri:
  • travmalar
  • piylənmə
  • irsi faktorlar
  • hormonal disbalans
  • infeksion xəstəliklər
  • orqanizmin susuzlaşması
  • qanın axma sürətinin zəifləməsi
  • ayaq damarlarının aterosklerozu
  • vena daxilinə yeridilən dərmanlar
  • aşağı ətrafların varikoz genişlənmiş damarları

Müalicə olunmadıqda varikozun ciddi fəsadı və tromboflebitin ağırlaşması – trofik yara meydana gəlir.

Vaxtında müdaxilə edilməmiş və ya düzgün müalicə olunmamış tromboflebit tromboemboliyaya səbəb ola bilər. Tromboemboliya çox ağır pozulmadır. Damarın daxilində olan tromb qan axını ilə hərəkət edə bilər. Tromb digər damarlara və daxili orqanlara düşə bilər. Tromb ağciyərlərin arteriyalarına düşdükdə arteriyanın mənfəzi tutulur (buna "tromboemboliya" deyilir) və bu ağır qan dövranı, nəfəsalma pozulmaları və xəstənin həyatını itirməsi ilə nəticələnir.

Tromboflebit konservativ (dərmanların köməyi ilə) və cərrahi üsullarla müalicə oluna bilər. Ağır vəziyyətlərdə cərrahiyyə müalicəsi tətbiq olunur.