Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Karotid (yuxu arteriyası) xəstəlikləri

Yuxu arteriyasi yəni karotid xəstəlikləri məhz yuxu arteriyasının daxilində, yumşaq maddənin toplanaraq ərp (yığıntı) əmələ gətirməsi nəticəsində yaranır.

Daxili və xarici olmaqla iki şaxəyə ayrılan, boynumuzun hər iki tərəfində yerləşən ümumi iki arteriyamız vardır. Daxili yuxu arteriyası; beyinin, xarici yuxu arteriyas; isə üz, boyun və baş dərisinin qanla təchizatını təmin edir.

Özlüyündə insult riski daşıyan Karotid xəstəlikləri zamanı karotid arteriyanın daralması və ya tıxanması nəticəsində beyin qan dövranı pozulur

Əlamətlər
  • Qəfil başlayan kəskin başağrıları
  • Başgicəllənmə və müvazinətin itirilməsi
  • Müvəqqəti İşemik Tutma (MİT) və ya “mini iflic “
  • Nevroloji əlamətlər (bir yaxud iki gözdə görmənin itməsi internal kapsular iflic, hemianopia)
  • Ətrafları hərəkət etdirə bilməmək; ətraflarda zəiflik və ya hissiyatın itirilməsi; nitq pozulması

Səbəblər
  • ekstravazal kompressiya
  • okkluziya edici xəstəliklər
  • yuxu arteriyalarının laylanması
  • patoloji qıvrılmalar və deformasiyalar

Yuxu arteriyası xəstəliklərinin müalicəsi konservativ (anti aqreqatlar statinlər, qanda qlükoza və arterial təzyiqinin optimallaşdırılması, siqareti atmaq) və cərrahi üsullarla (karotiden arkterektomiya, arteriyanın protezleənməsi, ekstrailakranial anastomozların qoyulması, stent qoyulması) həyata keçirilir.