Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Aorta anevrizması (genişlənməsi)

Ürəkdən birbaşa çıxan və bütün orqanlara təmiz qan daşıyan ən böyük damar olan Aorta ürəkdən çıxdıqdan sonra vücuda dağılan qanı pompalayan ana arteriyadır. Diametri ürəkdən çıxdığı qisimdə təxminən 2,5 sm-dir. Lakin müxtəlif səbəblərə görə Aortanın diametri arta və genişlənə bilər. Yəni Anevrizma yaranar.

Anevrizmalar illər boyu heç bir şikayətə yol vermədən yarana bilər və böyüyə bilər. Lakin əksərən anevrizma kisəsinin ətraf toxumalara təzyiqi və sinir kələflərinin gərilməsi döş nahiyəsində pulpasiya, döş sümüyü arxasında ağrı ilə müşayiət olunur. Ağrı inadlı, yandırıcı xarakterli olub, boyun, çiyin və kürəyə irradiasiya edir.

Müəyyən zaman sonra Anevrizmaların daha da genişlənərək yırtılma ehtimalı var. İçəriyə doğru yırtılma və partlama çox təhlükəli patologiyalardır.


Aortanın döş qəfəsi hissəsində yaranan anevrizmalara "torasik anevrizmalar"
Aortanın qarın boşluğu hissəsində yarananlara isə "abdominal anevrizmalar" deyilir.

Aorta damarla yanaşı anevrizmalar beyin, ürək, boyun, dalaq, diz arxası və bədənin digər hissələrindəki damarlarda da yarana bilər.

Əsas müalicə metodları endovaskulyar olaraq qapalı üsulla və ya açıq cərrahi əməliyyat ilədir.