Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Minimal invaziv ürək cərrahiyyəsi

Günümüzdə açıq ürək əməliyyatı zamanı ən geniş istifadə olunan yanaşma Sternotomiyadir. Sternotomiya zamanı döş qəfəsindən 16-18 sm-lik bir kəsiyə ehtiyac duyulur ki, bu zaman da döş sümüyü tam ortadan kəsilir və süni qan dövranı yaradılır.

Lakin minimal invaziv cərrahiyyədə döş qəfəsini kəsməyə ehtiyac qalmadan qabırğalar arasından 3-5 sm-lik yəni daha kiçik kəsik yolu ilə əksər ürək əməliyyatları uğurla icra olunmaqdadır.

Minimal invaziv metodla icra olunan ürək əməliyyatı zamanı toxumaya daha az zədə dəydiyinə görə ağrı da az olur. Nəticədə pasiyent daha tez aktivləşir, tənəffüs hərəkətlərini daha rahat yerinə yetirir və ən əsası elə ilk gündən yatarkən sağa-sola dönə bilir. Kəsik kiçik olduqda qan itkisi də az olur və qan köçürülmə ehtimalı və antibiotiklərdən istifadəsi azalır. Həmçinin minimal invaziv ürək əməliyyatları estetik baxımdan daha üstündür.

Hazırda ölkəmizdə də aktual olan minimal invaziv (kiçik kəsik) ürək cərrahiyyəsi bu istiqamətdə bir çox üstün imkanlara sahibdir.

Kiçik kəsiklə olan (Minimal İnvaziv/Endoskopik) ürək əməliyyatlarının üstünlükləri
  • Xəstələr reanimasiyada ortalama 1 gün, palatada isə 2-3 gün qalır.
  • İnfeksiya riski minimum olur. (nasos istifadə edilməməsi səbəbindən)
  • Əməliyyat növünə görə sağ və ya sol məmə altından bəzən körpücük sümüyü altından 4-5 sm-lik kəsikdən icra olunur.
  • Əməliyyat zamanı və sonrasında qanama miqdarı çox az olduğundan əməliyyatların çoxunda qan köçürməyə ehtiyac qalmır.
  • Standard əməliyyatlardan fərqli olaraq döş sümüyü kəsilmədiyi üçün döş qəfəsi bütünlüyü qorunur. Daha az ağrı və tənəffüs problemləri yaşanır. Yaxşılaşma dövrü daha sürətli olur.
  • Bu əməliyyatlar üçün xüsusi alətlər və 3D kamera sistemi istifadə olunur. Görüntünün 3 ölçülü olması cərrahın real görünüşlə daha rahat işləməyinə səbəb olur.
  • Xüsusilə gənc xəstələrdə döş sümüyünün kəsilməsi psixolojik olaraq mənfi təsir göstərir, ancaq kiçik kəsikdən olan əməliyyatlarda xəstə əməliyyat izini demək olar ki görmür.
  • Döş sümüyü kəsilən standard əməliyyatlarda sümüyün bitişmə dövrü təxminən 2 ay olur və bu müddətdə xəstə yatarkən sağa-sola dönməməli, qollarını qaldırmamalıdır, ağır yük qaldırmamalıdır. Kiçik kəsiklə olan əməliyyatlarda bu problemlərin heç biri yoxdur.