Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Aorta qapaq təmiri və protezlənmə

Aorta qapaq taylarının natamam qapanması nəticəsində meydana gələn Aortal qapaq çatışmazlığı qanın aortadan sol mədəciyə geri qayıtması ilə müşahidə edilir. Patologiya qazanılmış ürək qapaq qüsurları içərisində ikinci ən çox rast gəlinəndir.

Xəstəlik uzun müddət simptomsuz getdiyindən ancaq aktiv həyat tərzi keçirən şəxslərdə boyun və baş nahiyəsində pulsasiya, təngnəfəslik, ürək nahiyəsində stenokardiya ağrıları, yüksək nəbz təzyiqi və ürək atımının artması kimi əlamətlərlə özünü büruzə verir.

Diaqnozu anamnez, fiziki müayinələr, EKQ, rentgenoqrafiya, doppler-exokardioqrafiya müayinə üsulları ilə təsdiqlənən aortal çatışmazlığın müalicəsində terapevtik və cərrahi metodlardan istifadə edilir. Ağır simptomatik aortal çatışmazlıqlar zamanı cərrahi müalicə–aorta qapağının plastikası/pretezlənməsi göstəriş sayılır.

Aortal stenoz isə anadangəlmə və revmatizmin nəticəsi olaraq qazanılma ola bilər. Aortal stenoz da klassik əlamətlər olaraq ürəkgetmə, stenokardiya, fiziki yük zamanı təngnəfəslik kimi simptomlarla özünü büruzə verir. Açıq Ürək Əməliyyatı, böyük kəsi (Sternotomi) və Qoltuqaltından Qapalı Aorta Qapağı Əvəzedilməsi və ya Təmiri (3 və ya 4 sm dəri kəsisi ilə) patologiyanın cərrahi müalicə üsullarıdır.

Ümumilikdə ən çox zədələnən qapaqlar aortal və mitral qapaqlardır. Belə hallarda funkisyasını icra edə bilməyən qapaqlar çıxarılır və “süni ürək qapağı” ilə dəyişdirilir. Ürək qapaqları mexaniki və ya bioloji qapaqla (protezlə) əvəz olunur. Mexaniki qapaq daha dayanıqlıdır, ancaq ömür boyu qandurulducu dərman istifadəsini tələb edir. Bioloji qapaq isə daha qısa ömürlüdür (10-15 il) ancaq qan durulducu dərman istifadəsi tələb etmir. Bu əməliyyat da şuntlama əməliyyatında olduğu kimi açıq ürək əməliyyatı tələb edir.