Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Stenokardiya tutması zamanı nə etməli?

Əgər döş qəfəsində tutma şəklində ağrı hiss edirsiniz, bu ağrı sol qola, kürək nahiyəsinə yayılırsa və bunun fonunda hava çatışmazlığı hiss edirsinizsə, bu hal ilkin stenokardiya əlamətidir.

  • 1 həb (0,5 qr.) aspirin çeynəmək sizi sakitləşdirə bilər.
  • Təmiz havanın olduğunuz yerə daxil olmasına şərait yaradılmalıdır.
  • Stenokardiya tutması zamanı uzanmaq olmaz!️ Bu vəziyyətdə qan bədənin yuxarı hissəsinə yönəlir və bu halda ürək daha çox yüklənir
  • Əgər ağrı fiziki gərginlik zamanı baş veribsə, işi dərhal dayandırmaq və imkan olduqca rahat şəkildə, ayaqları aşağı sallamaqla oturmaq lazımdır.
  • Nitroqliserin (0,0005 qr.) həbini xəstənin dilinin altına qoyun (sprey şəklində də olar) və dərhal “təcili yardım” çağırın! Bu miokard infarktının əlaməti olabilər.