Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Minimal invaziv cərrahiyyənin xəstəyə nə kimi faydası var?

Minimal invaziv ürək cərrahiyyəsi infeksiya və qanaxma riskinin aşağı olması və daha az qan transfuziyası nəticəsində baş verəbiləcək bir çox fəsadlaşmanın qarşısını almaqdadır.

Ənənəvi ürək əməliyyatlarında istifadə olunan ürək ağciyər aparatının fəsadları danılmazdır. Əsasən yaşlı pasiyentlərdə ürək-ağciyər aparatı böyrəyə, qaraciyərə, ağciyərə, ziyan vura bilir. Ürəyi dayandırıb onu ürək-ağciyər aparatına qoşan zaman sadəcə, ürəkdə yox, digər orqanlarda ciddi problemlər yaranır. Qaraciyər, ağciyər, böyrək çatışmazlığı, insult ortaya çıxır. Standart ürək əməliyyatlarının 100-də 2-də insultla qarşılaşa bilirik. Amma döyünən ürəkdə edilən minimal invaziv əməliyyatlarda isə daha üstün nailiyyətlər əldə etmək mümkün olur.

Döyünən ürəklə icra olunan minimal invaziv ürək əməliyyatları zamanı süni ürəkağciyər aparatı istifadə edilmir, ürək dayandırılmır, əməliyyat olunan sahə dayandırılır və bu şəkildə əməliyyat icra olunur. Əməliyyatdan sonra problemlər daha az görülür və xəstə daha tez bərpa olunur. Qan ehtiyacı da az olur. Bəzən qan köçürmədən də əməliyyatı icra etmək mümkündür.