Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Şahdamar əməliyyatı (Karotis Endarterektomiya)

Karotis Endarterektomiya şahdamar dediyimiz ən böyük boyun arteriyasının tamamən tıxanmasının qarşısını almaq üçün aparılan əməliyyatdır.

Çünkü Karotis arteriya (şah damar/ yuxu arteriyası) darlıqları vaxtında müdaxilə olunmağıdında ciddi beyin fəsadlarına səbəb ola bilər. Darlıq olan bölgələrdə asanlıqıa qanlaxtaları əmələ gələ bilər, damar tıxana bilər ya da buradakı qan laxtası beynin içindəki daha kiçik bir damarı tıxayaraq ölümə səbəb ola bilər.

Vaxtında diaqnoz və müalicə (cərrahi və ya stent) fəsadların qarşısının alınması üçün vacibdir.

Endarterektomiya nə vaxt aparılır?

Endarterektomi əməliyatı iflic təhlükəsinə səbəb ola biləcək qədər irəli dərəcədə darlıq varsa və bu vəziyyət xəstədə keçici yaxud qalıcı iflic, korluq, danışıqda problemlərə səbəb olduğu zaman aparılır.

  • Yəni şəxs son 6 ay ərzində yüngül dərəcəli iflic olmuş və karotisdə 70% daralma varsa;
  • Karotisdə 80% daralma olsa belə heç bir şikayəti olmayan lakin iflic riski olan şəxslərdə aparılır.

Əməliyyatdan sonra bir neçə həftə içərisində xəstə normal həyatına dönə bilər.