Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Bu şikayətlər ürəkdə problem olduğunu göstərir

Ürəyimizin verdiyi siqnallara xüsusi diqqət yetirmək lazımdır. Bəzi ağıla gəlməz simptomlar ürəkdəki problemə işarə edə bilər. Məsələn;

  • Xroniki öskürək - Boğaz və ağciyərlərə bağlı olmayan öskürək əgər dərmanlarla kəsmirsə, o deməkdir ki, ürək-qan damar sistemi yaxşı işləmir və ağciyərləri lazımi qədər qan və oksigenlə təmin etmir.
  • Ödəm - Ürək qanı intensiv şəkildə dövr etdirmədikdə, qan venalarda çox qalır, durğunlaşır, ona görə ayaqlar şişir. Üstəlik ürək zəifləyəndə böyrəklər də yaxşı işləmir, bu da əl-ayaqda ödem yaradır.
  • İştahın azalması, ürəkbulanma - Ürək çatışmazlığı səbəbindən döş qəfəsinə artıq maye toplanması çox vaxt iştahsızlıq, qarında diskomfort, mədədə yanğı, gəyirmə, ürəkbulanma kimi simptomlar da verə bilər.
  • Ekzema - təəcüblü olsa da ekzema kimi dəri xəstəlikləri olan xəstələrin 48%-də yüksək təzyiq, xolesterin problemi olur.

Gecəyarı tez tez sidiyə gedirsinizsə, böyrəklərlə yanaşı ürəkdən də şübhələnin.