Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Daha yaxşı qan dövranı üçün nə etməli?

Zəif qan dövranı ürək çatışmazlığının yaranmasına yol açan səbəblərdəndir. Səhhətinizdəki ciddi problemləri aradan qaldırmaq və ürək fəaliyyətini qaydaya salmaq üçün mütləq qan dövranımızın yaxşı olmasına fikir verməliyik.

Qan dövranının yaxşı olması üçün nə etməli?

  • Qan dövranını yaxşılaşdırmağın ən optimal üsulu aktiv olmaqdır. Ən azı hər gün yarım saat yerimək və 15 dəqiqə qaçmaq, tənbəllik etməyib pilləkənlərdən istifadə etmək də bura daxildir.
  • Tütünə, artıq çəkiyə və stressə yox demək.
  • Qapalı məkanlar, daimi oturaqlı iş yəni oksigen çatışmazlığı qan dövranının zəifləməsinə gətirib çıxarır. Hərəkətsiz və oksigensiz qalmayın.
  • Sağlam qidalanın və yemək vərdişini dəyişin. Rasionunuzda bütün taxıllar, vital yağ turşuları-somon, sardina, avokado, zeytun yağı, qoz, balqabaq toxumu, çiyələk və sitrus meyvələri, pomidor, qara kələm, brokoli, ispanaq, quşqonmaz, yumurta, adaçayı kimi qidalar yer alsın.