Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Aşağı ətraflarda damar genişlənməsinin əlamətləri

Gərgin keçən iş gününün sonunda ayaqlarda şişkinlik, ağırlıq və yorğunluq kimi şikayətlər meydana gələrsə, bunu adi yorğunluq əlaməti kimi qəbul edib gözardı etmək düzgün deyil. Bu əlamətlər ürək çatışmazlığı və böyrəyin bir çox xəstəliklərinin, habelə limfatik sistem xəstəliklərinin əlaməti sayıla bilər və eyni zamanda damar genişlənməsinin də əlaməti ola bilər. Bəs bu xəstəlikləri necə fərqləndirməliyik?

Varikoz genişlənmiş damarları bu xəstəliklərdən fərqləndirmək üçün bir neçə əlamətə xüsusi fikirverməliyik.
  • Aşağı ətrafların varikoz genişlənmiş damarları günortadan sonra şişkinlik görünüşü ilə xarakterizə olunur. Şişkinlik bir ayaqda və ya hər iki ayaqda lokallaşa bilər. Genişlənmiş damarların şişkinliyi tez- tez dizdən aşağı və xüsusilə topuq nahiyəsində əmələ gəlir. Müayinə zamanı, həmçinin, varikoz damarların dəri səthində görünən göyərmə kimi digər simptomlarını da təyin etmək lazımdır.
  • Ayaqlarda yorğunluq və ağırlıq əzələ skelet sisteminin müxtəlif xəstəliklərində, eləcə də limfa çıxmasının pozulmasında da müşahidə edilə bilər. Varikoz genişlənmiş damarlarla bu simptomlar arasındakı əsas fərq, üfüqi vəziyyətdə şişkinlik və yorğunluğun əhəmiyyətli dərəcədə azalmasıdır.