Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Mitral trikuspid qapaq qüsuru

Sol və sağ qulaqcıq-mədəcik qapaqlarının zədələnməsi ilə səciyyələnən müştərək ürək qüsuru Mitral Trikuspidal Qüsur adlanır. Patologiya zamanı xəstələrdə əsasən ürək artımının kəskin enməsi ilə əlaqədar olaraq yorğunluq, zəiflik, fiziki iş zamanı bayılmalar müşahidə oluna bilir.

Əsas əlmətlər:
  • öskürək
  • taxikardiya
  • qanhayxırma
  • «mitral qızartı»
  • təngnəfəslik
  • döş qəfəsində ağrı
  • fiziki yüklənməyə qarşı tolerantlığın azalması

Trikuspidal stenozun əsas auskultativ əlaməti diastolik küydür. Bu zaman diastolik küy V qabırğaarası sahədə, döş sümüyünun sol kənarında, bəzən isə xəncərəbənzər çıxıntının üzərində eşidilir. Patologiya gecikmiş mərhələlərdə hepatomeqaliya və assitlə xarakterizə olunur.

Əgər heç bir əks göstəriş yoxdursa, ürəyin çox qapaqlı qüsurlarının müalicəsi cərrahi yolla icra olunur.