Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Stabil stenokardiyanın əlamətləri

Stenokardiya - ürək əzələsinin (miokard) kəskin qan dövranı çatışmazlığı və oksigen çatışmazlığı səbəbilə baş verər. Sabit və Proqressivləşən növləri bilinir.

Sabitstenokardiya yerimə, fiziki yüklənmə və ya güclü emosional stress zamanı anginoz tutmaların yaranması ilə təzahür edir. Stabil (sabit) stenokardiyanın tutması 15 dəqiqədən az davam edir, vəziyyətdən çıxmaq üçün sakit dayanmaq və 1 tablet nitroqliserin (dil altına) köməyinizə yetə bilər.

Əlamətlər:
  • Fizikigərginlik
  • AT yüksəlməsi
  • Tutmaşəkilli, sıxıcı, təzyiqedici, sol qola, boyuna, çənəyə irradiasiya edən ağrı

Sabit stenokardiyanın müalicəsinin əsasını işemiya əleyhinə vasitələr (nitratlar, ß-adrenoblokatorlar, kalsium kanallarının blokatorları) və miokardın cərrahi revaskulyarizasiyası (angioplastika, AKŞ) təşkil edir.