Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Ürəkdə küy nədir?

Ürək küyləri – ürək boşluqları və magistral damarların qapaqüstü şöbələrində turbulent axının yaranması zamanı dəfələrlə təkrarlanan patoloji səs dalğalarıdır. Yəni normalda ürək döyüntüləri arası səssizlikdir. Bu səssizlikdə eşidilən hər hansı səs küydür.

Yaranma səbəbləri:
  • Qan cərəyanının daralmış nahiyədən keçməsi (məs.aorta mənfəzinin daralması),
  • Qanın genişlənmiş nahiyəyə keçməsi(məs.aortanınanevrizması),
  • Damarların intima qişasında nahamarlığın olması (tromb, aterosklerotik pilək, çapıq),
  • Normal strukturdan keçən qan cərəyanının sürətinin artması (tireotoksikoz, sinir oyanıqlığı),
  • Qanın reoloji xüsusiyyətlərinin dəyişməsi - suvaşanlığının azalması(məs.anemiya),
  • Ürək boşluqları, kameraarası arakəsmənin anadangəlmə qüsurlarında qanin yüksək təzyiqli boşluqdan alçaqtəzyiqli boşluğa hərəkəti zamanı(məs. mədəcikarası, yaxud qulaqcıqarası çəpərin qüsuru zamanı).

Əsasən yenidoğulmuşlarda rastlanan və valideynləri narahat edən ``ürəkdə küy`` bəzən zərərsiz bəzən də hər hansı bir ürək xəstəliyinə bağlı meydana gələ bilər.

Ürəkdə olan dəlik səbəbi ilə küy eşidilirsə, dəliyin əməliyyat yaxud perkutan bağlanılmasından sonra küy problemi də ortadan qalxır. Əgər küy damar darlığından qaynaqlanırsa balon müalicəsi ilə damar açıldıqdan sonra küy tam olaraq keçməsə belə azalır.