Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Miokard infarktın ağırlaşmaları

Ürək əzələsinin koronar qan dövranının kəskin pozulması nəticəsində inkişaf edən işemik nekroz ocağı olan Miokard İnfarktı adətən döş sümüyü arxasında yandırıcı, təzyiqedici və ya sıxıcı ağrılar, təngnəfəslik, qorxu hissi, soyuq tərlə təzahür edilir.

Ağırlaşmış mərhələdə ağrılar sol qol, çiyin, kürək, aşağı çənə nahiyəsinə yayılır. Ağırlaşmalar miokard infarktının gedişini ağırlaşdırır.

Əksər pasiyentlərdə ilk 3 gün ərzində müxtəlif növ aritmiyalar: ekstra sistoliya, sinus və ya paroksizmal taxikardiya, səyrici aritmiya, mədəcikdaxili tam blokada qeydə alınır. Mədəciklərin titrəməsi fibrillyasiya ilə əvəz olunaraq, pasiyentin ölümü ilə sonlana bilər.

Durğun xırıltılar, ağciyə rödemi ilə xarakterizə olunan sol mədəcik çatışmazlığının ən ağır dərəcəsində ölümlə nəticələnən kardiogen şok müşahidə olunur.

Nekroz sahəsində əzələ liflərinin cırılması ürəyin tamponadasına – perikard boşluğuna qansızmaya səbəb ola bilər.

Geniş sahəli miokard infarktında ürəyin kəskin anevrizması formalaşa bilər. İlk 10 gün ərzində qan dövranının kəskin pozulması ilə əlaqədar mədəciklərin divarının cırılması nəticəsində şəxs həyatını itirə bilər.

Damar divarında fibrinin toplanması divaryanı tromboendokardit inkişaf edir, bu zaman ayrılan trombotik kütlələrlə ağciyər, beyin, böyrək damarlarının emboliya təhlükəsi yaradır.