Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Ürəyin işemik xəstəliyi və cərrahı müalicəsi

Olduqca təhlükəli patologiya olan Ürəyin işemik xəstəliyi əfsuslar olsun ki, günümüzdə geniş yayılmaqdadır. Ürəyin işemik xəstəliyi tac arteriyalar-ının daralması nəticəsində əmələ gələn işemik patologiyalara deyilir.

Ürəyi qidalandıran və oksigenlə təchiz edən damarlar olan koronar arteriyalar-ın piy hissəcikləri ilə tutulması və ya hər hansı bir formada zədələnməsi ürəyinizin qidalanmasını pozur. Bunun nəticəsi olaraq ürəyiniz daha az oksigen və qidalı maddələr alır.

Koronar arteriya xəstəliklərinin müalicəsinə adətən həyat tərzinin dəyişdirilməsi və dərman müalicəsi daxildir. Lakin ciddi ağırlaşmış hallar müşahidə olduğu zaman cərrahi müdaxiləyə ehtiyac yaranır.

  • Angioplastika və stentin yerləşdirilməsi. Bu prosedur zamanı nazik uzun boru (kateter) sizin ürək damarınızın daralmış hissəsinə daxil edir. Balon kateterdən keçərək damarınızın daralmış hissəsini genişləndirir. Arteriyanı açıq saxlamağa kömək edəcək stent arteriyanın genişləndirilmiş hissəsində saxlanılır.Bəzi stentlər özlərindən xüsusi dərman buraxaraq damarı geniş saxlamağa kömək edir.
  • Aorto-koronar şuntlama (bypass) – ürəyin işemik xəstəliyinin radikal müalicə üsullarından ən effektivi hesab olunur. Döyünən ürəklə və minimal invaziv metodlarla icra edilən Bypass, ürək əzələsinin qan təchizatı ilə təmin olunmasını bərpa edir.