Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Ürək üçün pəhriz

Ürəyimizin ilk və ən qəddar düşməni xolesteroldur!

Bədənimiz öz xolesterolunun çoxunu qidadan alır. Onlar arteriya divarlarında formalaşır və ateroskleroz, koronar xəstəliyi və ya hipertoniyaya yol aça bilir. Ona görə də, fiziki məşğuliyyət və düzgün pəhriz gündəlik həyatımızda önəmli rol oynayır.

Sağlam ürək üçün qidalanma tərzi dəyişdirilməlidir.
  • Gündəlik menyumuzda meyvə və tərəvəz olmalıdır. Onların tərkibində arterioskleroza yol açan maddələri həll edən fol turşusu və B qrup vitaminləri vardır. Ən yaxşıları, yaşıl yarpaqlı tərəvəzlər və sitrus meyvələridir.⠀
  • Süd, yoqurt və kəsmik yağ toxumalarını yandıran və mükəmməl bədəni saxlamağa kömək edən kalsiumun ən böyük mənbələridir.
  • Mal əti, donuz əti və quzu əti kimi ətlərdən çəkinmək və yağsız ət yemək daha yaxşıdır.⠀
  • Rasionda tam taxıl məhsulları olmalıdır, məsələn, çovdar çörəyi, yarmalar, qəhvəyi düyü, myusli və yulaf unu, çünki bunlar liflə zəngindir.
  • Qızıl balıq əti, tuna və ya sardina balığı qanda triqliseridləri azaldan və antitrombotik xüsusiyyətlərə malik omega3 qrupu yağ turşuları ilə zəngindir.