Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Mitral qapaq təmirinin qapaq dəyişiminə görə üstünlükləri

İstənilən halda fəaliyyəti pozulmuş qapaq öz işini tam olaraq həyata keçirə bilməz. Bu halda qapaq ürəyin effektiv və yetərli çalışmasına əngəl olar.

Ürək qapaq xəstəliklərinin müalicəsində 2️ fərqli üsul var- qapaq dəyişimi və qapaq təmiri.

Mitral qapaq təmirinin mitral qapaq dəyişiminə nəzərən üstünlükləri nələrdir ?
  • Daha keyfiyyətli yaşam
  • Ürəyin funksiyaları daha yaxşı qorunur
  • İnfeksiya və ya insult keçirmə riski daha azdır
  • Qan sulandırıcı dərman istifadəsinə ehtiyac qalmaz
  • Erkən və ya gec mərhələlərdə daha yaxşı və sağlam ömür

Göstəricilər yalnız məlumat xarakterlidir. Hər bir halda müalicə üçün həkiminizin tövsiyəsinə qulaq asmalısınız.