Ağırlaşmış mərhələdə olan miokard infarktı zamanı sol qol, çiyin, kürək, aşağı çənə nahiyəsinə ağrılar yayılır. Ağırlaşmalar miokard infarktının gedişini də ağırlaşdırır.
Miokard infarktının ağırlaşmaları zamanı:
- İlk 3 gün ərzində müxtəlif növ aritmiyalar: ekstrasistoliya, sinus və ya paroksizmal taxikardiya, səyrici aritmiya, mədəcikdaxili tam blokada qeydə alınır. Mədəciklərin titrəməsi fibrillyasiya ilə əvəz olunaraq, pasiyentin ölümü ilə sonlana bilər.
- Durğun xırıltılar, ağciyərödemi ilə xarakterizə olunan sol mədəcik çatışmazlığının ən ağır dərəcəsində ölümlə nəticələnən kardiogen şok müşahidə olunur.
- Nekroz sahəsində əzələ liflərinin cırılması ürəyin perikard boşluğuna qansızmaya səbəb ola bilər.
- Geniş sahəli miokard infarktında ürəyin kəskin anevrizması formalaşa bilər. İlk 10 gün ərzində qan dövranının kəskin pozulması ilə əlaqədar mədəciklərin divarının cırılması nəticəsində şəxs həyatını itirə bilər.
- Damar divarında fibrinin toplanması divaryanı tromboendokardit inkişaf edir, bu zaman ayrılan trombotik kütlələrlə ağciyər, beyin, böyrək damarlarının emboliya təhlükəsi yaradır.