Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Əl və ayaqdakı şişkinliyin ürək əlaqəsi varmı?

Əl və ayaq şişkinliklərinə laqeyd yanaşmaq olmaz. Müalicə edilmədiyi hallarda irəliləyə bilir.

Lakin hər rastlanan əl və ayaq şişkinliklərini Ürəklə əlaqələndirmək doğru deyil!

Əl və ayaq şişməsi:
  • yüksək təzyiq zamanı
  • hamiləlikdən zamanı
  • ürək və böyrək xəstəlikləri
  • artrit və burxulma zamanı
  • əllərdə şişkinlik qaraciyər xəstəlikləri zamanı
  • uzun müddət ayaqda qalan insanlarda yarana bilər

Həmçinin ayaqlarda damarların tıxanması qanın ayaqlarda yığılmasına və bunun nəticəsində də ayaqların şişməsinə gətirib çıxarır.

Şiş orqanizmdə duz istifadəsinin artmasına bağlı olaraq su yığılmasıdır. Bu vəziyyətin qarşısını almaq üçün duz istifadəsi azaldılmalıdır.

Qarın və ayaqlarda olan şişkinlik döş ağrısı ilə, yorğunluq və təngnəfəsliklə müşayiət olunursa, bu, ürək xəstəliklərinin əlamətləridir.

Vena ya da limfa sistemində problem ürək və böyrək çatışmazlığına səbəb ola bilir. Həmçinin artıq çəki, hərəkətsizlik ödəmin meydana çıxmasına təkan verir.