Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Hansı ayaq şikayətləri damar probleminə işarədi?

Ayaqda ağrılar əzələ, damar, oynaq və nevroloji xəstəliklər, eləcə də travmalar səbəbindən meydana gələ bilər.

Venalarda güclü ağrılar dərhal deyil, tədricən yaranır. Daha kəskin və davamlı xarakterli damar ağrısı tromboflebitə işarədir.

Ayaqda damar ağrısı nədən yaranır?
  • Ayaqda ağrı hissi damarların funksiyasının pozulması səbəbindən əmələ gəlir. Xəstələrdə venaların divarları nazilir, damarların elastikliyi azalır. Ayrı-ayrı hissələrdə qan yığınına rast gəlinir. Damar divarı iltihablaşır. Qan qatılaşdığından zəif hərəkət edir, venaların divarına təzyiq artır.
Ayaqlarınızda bu şikayətlər varsa, damarlarınızda problem var deməkdir:
  • Ayaqlarda soyuqluq varsa
  • Axşama doğru ayaqlar şişirsə
  • Yaralar gec sağalırsa və ya sağalmayan yara varsa
  • Ayaqüstə çox qaldıqda və xüsusilə axşamlar ayaqlardaağrı varsa

Yuxarıdakı əlamətlər sizdə də varsa, damar cərrahı müayinəsini gecikdirməyin!