Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Ağrısız varikoz cərrahiyyəsi

Günümüzdə Miniinvaziv metodlarda (lazerablasiya, radiofrekans ablasiya və s.) icra edilən Varikoz cərrahiyəsi kəsiksiz, narkozsuz, praktik olaraq ağrısız icra olunur və varikoz damar termiki işlənərək bağlanılır.

Çoxları Varikoza sadəcə estetik problem kimi yanaşır. Bu cür yanaşma səhv yanaşmadır və hətta təhlükəlidir.

Varikoz xəstəliyi uzun illər müalicə olunmadıqda təhlükəli ağırlaşmalara yol açır və sonda əmək qabiliyyətinin itməsinə - əlilliyə səbəb ola bilir.

Varikozda cərrahi əməliyyat nə zaman tətbiq olunmalıdır?
  • Sağalmayan venoz trofiki xora -nın mövcudluğu
  • Yorğunluq və ödemlə müşaiyət olunan varikoz
  • Genişlənmiş dəraltı venoz damarların mövcudluğu
  • Tromboflebit (səthi dərialtı venada trombun yaranması)
  • Aşağı ətrafda qan dövranının pozulması (venoz qanın geri axması və ya refluks)